Bazar Ertəsi, 25 Sentyabr 2017, 19:16                                                                                       
RI©COMP Computer World
Welcome Qonaq | RSS
Main Registration Login
SAYT MENYUSU

MINI ÇAT
200

SORĞU
Avroliqada hansı klub uğurlu nəticə əldə edəcək?
Bütün Cavablar: 98

STATİSTİKA

Xətdə Olanlar: 1
Qonaq: 1
İstifadəçi: 0




1-CI.BIZ Reytinq Sistemi


23/10/2009-dan bəri free counters



counter



FaceBook
Rovshan Sadıgov | Create Your Badge

Main » 2011 » Noyabr » 1 » Emin Həsənli: “1993-cü il noyabrın 2-si Azərbaycan üçün tarixi dönüş nöqtəsidir”
11:32
Emin Həsənli: “1993-cü il noyabrın 2-si Azərbaycan üçün tarixi dönüş nöqtəsidir”

"O, bizim ən böyük qələbə bayramımız olacaq”

1993-cü il noyabrın 2-si Azərbaycan üçün tarixi dönüş nöqtəsidir. Bunu Lent.az-a açıqlamasında Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri Emin Həsənli söyləyib. 

Emin Həsənli deyib ki, 1993-cü il noyabrın 2-də Heydər Əliyevin xalqa, hərbçilərə müraciəti xalqı torpaqlarımızın qorunmasına səfərbər edib və qısa bir zamanda Azərbaycan ordusu Horadiz istiqamətində düşməni 42 kilometr geri oturdub. O vurğulayıb ki, Heydər Əliyev 1991-ci ildə hakimiyyətə qayıtsaydı, vəziyyət tamam fərqli olardı: "Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdığı dönəmdə torpaqlarımız işğal olunurdu, iqtisadiyyat çökmüşdü, vətəndaş müharibəsi başlayırdı, xarici siyasətdə xeyli yanlışlıqlara yol verilmişdi. Azərbaycan gəncləri bütün cəbhə boyu torpaqların müdafiəsinə qalxmışdı, lakin vahid komandanlığa əsaslanan ordu yox idi, ayrı-ayrı siyasi birləşmələr siyasi partiyaların təsirində idi. Ordunun bəzi rəhbərləri qeyri-peşəkar idi, peşəkar zabitlər deyildilər. Hərb elminə uyğun ordu yox idi. Bizim xeyli vətəndaşlar şəhid, əlil oldu, müharibə veteranları oldular. Onların bizim torpaqların qorunmasında çox müstəsna xidmətləri var. Amma peşəkar, nizami, vahid komandanlığa əsaslanan ordu yaradılsaydı, bizim torpaqlarımızın böyük bir qismi işğal olunmazdı. Heydər Əliyev 1991-ci ildə hakimiyyətə qayıtsaydı, peşəkar zabitlərdən ibarət ordu yaradaraq Azərbaycan torpaqlarının bu qədər işğalına yol verməzdi. Eyni zamanda xarici siyasətdə o qədər yanlışlıqlara yol verilməzdi”. 

Emin Həsənli bildirib ki, bütün cəbhə boyu böyük məğlubiyyətə düçar olan düşmən 1994-cü ilin may ayında atəşkəs müqaviləsini imzalayıb. Onun sözlərinə görə, atəşkəs bizim üçün də çox lazım idi: "Ordumuzun xeyli əsgəri şəhid olmuşdu, nizami ordumuz yox idi. Azərbaycan iqtisadiyyatı yox vəziyyətində idi, büdcəsi boş idi. Bu vəziyyətdə Azərbaycan dövləti müharibə apara bilməzdi. Daxildə də çox pis qarşıdurmalar vardı. Azərbaycana bir nəfəs dərmək lazım idi. Görkəmli siyasətçi, dünya siyasətini, regional siyasəti çox gözəl bilən Heydər Əliyev atəşkəsə nail oldu və vahid komandanlığa əsaslanan ordu yaradıldı. Ordu hərb elminin qanunlarına uyğun yaradılırdı. 1994-cü il mart ayının 4-də Brüsseldə Azərbaycan NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşuldu. Azərbaycan MDB dövlətləri içərisində ilk dövlətlərdən biri idi ki, bu Proqrama qoşulurdu. Azərbaycanda hərbi təhsil NATO standartlarına uyğunlaşdırılmağa başlandı”. 

Azərbaycan Silahlı Qüvvələrinin inkişafından danışan TOHGMİB sədri qeyd edib ki, qardaş Türkiyə dövlətinin dəstəyi ilə 1997-ci ildə NATO standartlarına uyğun ali hərbi məktəblərdə hazırlığa başlanıb. 2001-ci ildə ali hərbi məktəblərin ilk buraxılışı olub. O zaman Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hüseyn Qıvrıqoğlu da o mərasimdə iştirak edib, Azərbaycan səmasında da türk şahinləri çox gözəl nümunələr göstəriblər: "İndi o nümunələri Azərbaycan şahinləri göstərir. 1996-cı ilin iyun ayında Türkiyə ilə təhsil sahəsində əməkdaşlıq müqaviləsi imzalandı və bu əməkdaşlığa uyğun olaraq Azərbaycan gəncləri həm Türkiyə hərbi təhsil müəssisələrində oxuyurdu, həm də eyni zamanda türk zabitləri Azərbaycanın hərbi təhsil müəssisələrin NATO standartlarına uyğunlaşdırılmasına kömək edirdilər. 1997-ci ildə NATO standartlarına uyğun ilk sülhyaratma bölüyümüz yaradıldı. Sonra bu bölük hərbi tabor, hərbi hissə səviyyəsinə gəlib çıxdı. Kosovada, daha sonra Əfqanıstanda sülhyaratma prosesində iştirak etdi. NATO-nun tərkibində qardaş Türkiyə taborunun tərkibində əvvəlcə bir tağım, sonra bir bölük oldu. Daha sonra 150 nəfərlik kontingent İraqda antiterror koalisiyasında iştirak etdi. Azərbaycan beynəlxalq sülhün yaradılmasına hərtərəfli dəstək verdi və bir çox terrorçuların zərərsizləşdirilməsində iştirak etdi. Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə öncüllərdən biri oldu və bu da təbii idi. Çünki Azərbaycan terrora məruz qalmışdı, erməni terrorizminin hər cür ağırlıqlarını öz üzərində hiss edirdi”. 

Emin Həsənli xatırladıb ki, 1999-cu ildə Hərbi Akademiya, 2001-ci ildə Təlim-Tədris Mərkəzi, Ali Təyyarəçilik Məktəbi, Ali Dənizçilik Məktəbi yaradılıb. Naxçıvanski adına Hərbi Liseyin yubileyi keçirilib: "Heydər Əliyev tez-tez hərbi hissələrdə oldu, hərbçilərlə görüşdü. Prezident İlham Əliyev də hakimiyyətə gələndən sonra Fövqəladə Hallar Nazirliyini, Müdafiə Sənayesi Nazirliyini yaratdı və Heydər Əliyev kursunu davam etdirərək Silahlı Qüvvələrə dəstək oldu. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin hərbi büdcəsi bütövlükdə Ermənistanın dövlət büdcəsindən çoxdur. Dəfələrlə düşmən hücuma başlayıb, Azərbaycan ordusu bu hücumların qarşısını məharətlə alıb, düşməni itki verməyə məcbur edib. Bu gün sevindirici haldır ki, Azərbaycan özü öz ərazisini qoruyur. Azərbaycan dövlətinin ərazisində heç bir dövlətin ordusu yoxdur”. 

TOHGMİB-nin sədri Azərbaycanda hərbi tibb sahəsinin də güclü inkişaf etdiyini nəzərə çatdırıb. Azərbaycanın müasir hospitalları var, zabitlərimiz Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasında yük təhsil alıb, təcrübə keçiblər. Bu gün bütün hərbi hissələrimiz, tibb bölüklərimiz müasir avadanlıqlarla təmin olunub. O cümlədən hərbi kazarmalar yenidən qurulub, hər il təmir işləri aparılır. Bununla bağlı Müdafiə Nazirliyi mütəmadi məlumatlar verir: Azərbaycan Silahlı Qüvvələri dünyanın inkişaf etmiş ölkələrinin silahlı qüvvələri ilə əməkdaşlıq edir. Bu sırada Türkiyə, ABŞ, Avropa ölkələri, Çin, Pakistan, MDB ölkələri var. Azərbaycan hərbçiləri hər il NATO-nun yüzlərlə tədbirinə qoşulur, təlimlərində iştirak edirlər. Beynəlxalq təlimlərdə Azərbaycan hərbçiləri çox yüksək nailiyyətlər əldə edirlər. 

Emin Həsənli deyib ki, keçən il Milli Qəhrəman Mübariz İbrahimovun göstərdiyi şücaət Azərbaycan gəncliyinin nə qədər vətənpərvər olduğunu ortaya qoydu. Bu, dünyaya bir daha nümayiş etdirib ki, Azərbaycanda elə bir gənclik formalaşıb ki, elə bir ordu var ki, torpaqlarımızın işğal altında qalması ilə heç vaxt barışmayacaq. Biz gec-tez torpaqlarımızı işğaldan azad edəcəyik. Onun sözlərinə görə, Azərbaycan zabitləri, əsgərləri mənəvi və taktiki döyüş hazırlığı baxımından hazırdır. Vahid komandanlığa əsaslanan ordumuz var və günü gündən də peşəkarlığını artırır. TOHGMİB sədri qeyd edib ki, ordu və ictimaiyyət əlaqələri də genişlənir. Tez-tez millət vəkilləri, jurnalistlər, baş redaktorlar, QHT nümayəndələri, Əsgər Anaları Şurası hərbi hissələrdə olur. Ordu Dostları Mətbuat Klubu, TOHGMİ u prosesdə aktiv iştirak edir: 2009-cu ilin oktyabrında yaradılan Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyi də yaradılıb. ATƏT-in Bakı ofisi ilə bu işi mütəmadi olaraq aparırıq. Silahlı Qüvvələrin rəhbərliyi də Silahlı Qüvvələrə ictimai nəzarətin güclənməsində maraqlıdır. Biz bu prosesi mətbuat və QHT-lər vasitəsi ilə həyata keçiririk. Bunun da çox uğurlu nəticələri var”. 

Ordu ilə bağlı sevindirici işlərin çox olduğunu dilə gətirən Emin Həsənli bildirib ki, bütün bunların hamısı torpaqlarımızı işğaldan tezliklə azad edəcəyimizi göstərir: "Amma çox az sayda olan bəzi QHT-lər, bəzi KİV-lər orduya qarayaxma ilə məşğuldurlar, qərəzli, böhtan xarakterli məqalələrlə çıxış edirlər. Silahlı Qüvvələrin yüksək səviyyəli zabitlərini, rəhbərlərini gözdən salmaqla məşğuldurlar. Ermənistan mətbuatı da te-tez belə yazılara istinad edir və Azərbaycan ordusunun nüfuzuna xələl gətirməyə çalışırlar. Hamının övladı, yaxınları ordudadır və xalq kifayət qədər məlumatlıdır. Belə olan halda ordunu gözdən salmağa çalışan qüvvələrin olması təəssüf doğurur. Amma onlar öz niyyətlərinə çatmayacaqlar. Ordu nə iqtidarın, nə müxalifətin deyil, xalqındır, hamımızı qoruyur. Qrup, siyasi mənafeyindən asılı olmayaraq hər bir kəs ordunu qorumalı, sevməli və dəstək olmalıdır. Çalışmalıyıq ki, ordu peşəkar olsun, ordu-xalq həmrəyliyi daha da yüksəlsin. Jurnalistlərdə də vicdan senzurası olmalıdır. Tənqid inkişafa yol açır, amma heç kəs təhqirə yol verməməlidir”. 

Emin Həsənli vurğulayıb ki, 1988-1989-cu illərdə bir çoxları Azərbaycanın müstəqil olacağına, müstəqilliyini qoruyub saxlayacağına inanmayıb: "Amma Heydər Əliyev deyirdi ki, Azərbaycanın müstəqilliyi əbədi, daimi, dönməzdir. Deyirdi ki, müstəqil Azərbaycanda hər peşə şərəflidir, ancaq vətəni qorumaq ən şərəfli peşədir. Biz də bu şərəfli peşənin daşıyıcılarını dəstəkləməliyik. Bir vaxtlar BTC-yə, Azərbaycanın müstəqilliyinə əfsanə kimi baxanlar bu gün bunların real olduğunu görürlər. Azərbaycan artıq BMT Təhlükəsizlik Şurasının üzvüdür. Bu, Azərbaycanın beynəlxalq aləmdə nə dərəcədə tanındığını göstərir. 155 dövlət Azərbaycana səs verib. Bunların arasında islam dövlətləri, Şərqi Avropa, Qərbi Avropa, Amerika, Afrika, MDB ölkələri var. Bu qədər ölkələrin etimadını qazanmaq, erməni lobbisinə bu qədər ağır zərbə vurmaq Azərbaycan dövlətinin nə qədər güclü olduğunu göstərir. Azərbaycan 3 il dalbadal "Eurovision” mahnı yarışmasında yüksək yer tutdu, dördüncü dəfə isə qalibi oldu. Bu, Azərbaycan mədəniyyətinin nə qədər güclü olduğundan, gənclərimizin nə qədər intellektə malik olduğunu göstərir. Azərbaycan son 10 ildə həm diplomatiya, həm mədəniyyət, həm iqtisadiyyat sahəsində necə inkişaf etdiyini ortaya qoyub. Biz gec-tez torpaqlarımızı da işğaldan azad edəcəyik. 10 il əvvəl kiməsə desəydik ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olacaq, gülməli yanaşardı. Desəydik ki, Azərbaycan "Eurovision” yarışmasında birinci yeri tutar, inanılmaz möcüzə kimi yanaşardılar. Mümkün olmayanları reallığa çevirdik. Azərbaycan dövləti uzun müddətli işləri qısa müddətə görüb. İnşallah, Azərbaycan gəncliyi torpaqlarımızı işğaldan azad edəcək. O, bizim ən böyük qələbə bayramımız olacaq”.
Views: 898 | Added by: riocomp | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
CARİ VAXT



DAXİL OL

AXTAR

REKLAMLAR









DOSTLAR
  • Create your own site
  • www.4yu.at.ua
  • www.pshop.ucoz.net
  • www.endir.az/
  • Live scores
  • www.qovluq.com
  • www.qovluq.biz

  • ƏN SON ŞƏRHLƏR
    Salamun aleykum, men her sheyi basha dushdum amma istfadeden qabaq niye siqareti atmaq lazim oldugunu basha dushmedim. bunun haqqinda ne melumat vere bilersiz? evvelceden teshekkurumu bildiridem.


    Salam aleykum.Mende Qara zirenin en keyfiyyetli novu olan Hebesistan toxumu ile soyuq sixilmish Qara zire yagi var.Bununla beraber sabunu,shampunu,toxumun ozu,kremleri ve s.var.Peygemberimiz (Sallalahu aleyhi ve sellem)buyurur:Qara zire olumden basqa her derdin dermanidir.
    Sifaris vere bilersiniz: 055 491 6121


    salam menim uzume sizanaq cixir tez tez ne elesem olmur davamli uzumde qara noqte ve yara olur,buna gore zire yagi icsem olar?komek eder?xahiw edirem cavablandirin zehmet olmasa cox sagolun


    TƏQVİM
    «  Noyabr 2011  »
    BBeÇaÇCaCŞ
      12345
    6789101112
    13141516171819
    20212223242526
    27282930

    ARXİV

    QISA MƏLUMAT
    Şərhlər: 262
    Şəkillər: 35
    Xəbərlər: 39
    Yükləmələr: 135
    Direktoriya: 130
    Elanlar: 6
    Oyunlar: 199
    FAQ: 4
    Qonaq Qeydləri: 11
    Testlər: 46

    VALYUTA MƏZƏNNƏSİ


    LÜĞƏT
    Lüğət
    Söz:

    Copyright RIOGROUP © 2017