Bazar Ertəsi, 25 Sentyabr 2017, 19:13                                                                                       
RI©COMP Computer World
Welcome Qonaq | RSS
Main Registration Login
SAYT MENYUSU

MINI ÇAT
200

SORĞU
Avroliqada hansı klub uğurlu nəticə əldə edəcək?
Bütün Cavablar: 98

STATİSTİKA

Xətdə Olanlar: 1
Qonaq: 1
İstifadəçi: 0




1-CI.BIZ Reytinq Sistemi


23/10/2009-dan bəri free counters



counter



FaceBook
Rovshan Sadıgov | Create Your Badge

Main » 2009 » Dekabr » 30 » Əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin fərmanı
23:02
Əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin fərmanı
Əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin fərmanı

Son illər əhalinin təbii qaza olan tələbatının təmin edilməsi istiqamətində vacib tədbirlər həyata keçirilmiş, qaz infrastrukturunun yenidən qurulmasında xeyli irəliləyişlər baş vermişdir. Nəticədə, əvvəllər təbii qazla təchiz olunmayan şəhər və rayonlara qaz kəmərləri çəkilmiş, əhaliyə verilən təbii qazın dəyərinin tam həcmdə ödənilməsini təşkil etmək məqsədi ilə sayğaclaşma işləri əsasən təmin edilmişdir.

Bununla yanaşı qeyd olunmalıdır ki, təbii qaz istehlakçıları üzrə sayğacların quraşdırılmasınadək olan dövrdə istehlakçılar və xüsusilə əhali tərəfindən istifadə edilmiş təbii qazın dəyərinin tam ödənilməməsi illər üzrə borcların yığılmasına səbəb olmuşdur. Təbii qazın istifadəsinə görə iri miqdarda borclar əhalinin təbii qazla müntəzəm təmin edilməsinə, qazpaylayıcı şəbəkələrin zəruri təhlükəsizlik və texnoloji normalara uyğun istismar edilməsinə imkan vermir və təbii qaz təchizatı sisteminin inkişaf imkanlarını məhdudlaşdırır.

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və istehlak edilmiş təbii qazın dəyərinin ödənilməsində yaranmış vəziyyətin tənzimlənməsi məqsədi ilə qərara alıram:

1. İstehlak edilmiş təbii qaza görə əhalinin 1 oktyabr 2009-cu il tarixinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz” İstehsalat Birliyinə yaranmış 327,0 milyon manat məbləğində borcları silinsin.

2. Bu Fərmanın 1-ci bəndinə əsasən əhalinin borclarının silinməsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə silinmiş borcların məbləği həcmində Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsindən təzminat verilsin.

3. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görsün.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. bu Fərmanın 2-ci bəndində nəzərdə tutulmuş təzminatın ödənilməsini təmin etsin;

4.2. bir ay müddətində təbii qaz və neft məhsullarının topdansatış qaydasında alınması üzrə əsas enerji istehlakçılarının kreditor borclarının tənzimlənməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təkliflər versin;

4.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 dekabr 2009-cu il.

Views: 904 | Added by: riocomp | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
CARİ VAXT



DAXİL OL

AXTAR

REKLAMLAR









DOSTLAR
  • Create your own site
  • www.4yu.at.ua
  • www.pshop.ucoz.net
  • www.endir.az/
  • Live scores
  • www.qovluq.com
  • www.qovluq.biz

  • ƏN SON ŞƏRHLƏR
    Salamun aleykum, men her sheyi basha dushdum amma istfadeden qabaq niye siqareti atmaq lazim oldugunu basha dushmedim. bunun haqqinda ne melumat vere bilersiz? evvelceden teshekkurumu bildiridem.


    Salam aleykum.Mende Qara zirenin en keyfiyyetli novu olan Hebesistan toxumu ile soyuq sixilmish Qara zire yagi var.Bununla beraber sabunu,shampunu,toxumun ozu,kremleri ve s.var.Peygemberimiz (Sallalahu aleyhi ve sellem)buyurur:Qara zire olumden basqa her derdin dermanidir.
    Sifaris vere bilersiniz: 055 491 6121


    salam menim uzume sizanaq cixir tez tez ne elesem olmur davamli uzumde qara noqte ve yara olur,buna gore zire yagi icsem olar?komek eder?xahiw edirem cavablandirin zehmet olmasa cox sagolun


    TƏQVİM
    «  Dekabr 2009  »
    BBeÇaÇCaCŞ
      12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031

    ARXİV

    QISA MƏLUMAT
    Şərhlər: 262
    Şəkillər: 35
    Xəbərlər: 39
    Yükləmələr: 135
    Direktoriya: 130
    Elanlar: 6
    Oyunlar: 199
    FAQ: 4
    Qonaq Qeydləri: 11
    Testlər: 46

    VALYUTA MƏZƏNNƏSİ


    LÜĞƏT
    Lüğət
    Söz:

    Copyright RIOGROUP © 2017