Çərşənbə Axşamı, 21 Noyabr 2017, 08:11                                                                                       
RI©COMP Computer World
Welcome Qonaq | RSS
Main Registration Login
SAYT MENYUSU

MINI ÇAT
200

SORĞU
Avroliqada hansı klub uğurlu nəticə əldə edəcək?
Bütün Cavablar: 98

STATİSTİKA

Xətdə Olanlar: 1
Qonaq: 1
İstifadəçi: 0




1-CI.BIZ Reytinq Sistemi


23/10/2009-dan bəri free counters



counter



FaceBook
Rovshan Sadıgov | Create Your Badge

Main » 2010 » Aprel » 10 » Polşa prezidenti və xanımı təyyarə qəzasında vəfat etdilər
19:25
Polşa prezidenti və xanımı təyyarə qəzasında vəfat etdilər

Polşa siyasi elitasında faciə!

Polşa prezidenti Lex Kaçinski və həyat yoldaşının olduğu Tu-154 tipli təyyarə Rusiyanın Şimali Smolensk hərbi aerodromunda qəzaya uğrayıb. Rusiya mətbuatının məlumatına görə, insident təyyarə yerə eniş edən zaman baş verib. Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə nəticəsində 87 nəfər həlak olub və hazırda qəza yerində xilasedicilər işləyir.
"Moskva vaxtı ilə saat 10:56-da Varşavadan Smolenskə uçan Tu-154 təyyarəsi aeroporta eniş edərkən qəzaya uğrayıb. İlkin məlumatlara görə, hadisə nəticəsində 87 nəfər həlak olub", - deyə Rusiya Fövqəladə Hallar Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İrina Andrianova məlumat verib.
Polşa Xarici İşlər Nazirliyinin məlumatına görə, prezident Lex Kaçinski və onun həyat yoldaşının taleyi naməlumdur.
İTAR-TASS isə qəzanın güclü duman səbəbindən baş verdiyi barədə məlumat yayıb.
Rusiya Federasiyası Prokurorluğu yanında İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markinin verdiyi məlumata görə, bu gün qəzaya uğrayan və Polşa prezidenti Lex Kaçinskinin də içərisində olduğu təyyarədə 132 sərnişin olub.
"Hazırda ilkin istintaq tədbirləri aparılır. Ölənlər barədə məlumat dəqiqləşdirilir", - deyə o əlavə edib.
Xatırladaq ki, Polşa prezidenti Lex Kaçinski totalitar repressiya qurbanlarının dəfn olunduğu Rusiyada ilk beynəlxalq memorial kompleksin yerləşdiyi Katın qəbristanlığını ziyarət etməyi planlaşdırırmış. Bu barədə dünən vilayət administrasiyasından məlumat verilib. Katında baş verən faciəvi hadisələrin 70 illiyinə həsr olunmuş tədbirlərdə Polşanın "Katınskie semi" İсtimai Təşkilatının təqribən min nümayəndəsinin iştirakı nəzərdə tutulurdu. Memorial Katın meşəsində vilayət mərkəzindən 18 kilometr qərbə yerləşir.
Kremlin mətbuat xidmətindən verilən məlumata görə, Rusiya prezidenti Dmitri Medvedevin göstərişi ilə fövqəladə hallar naziri Sergey Şoyqu hadisə yerinə yollanıb. "Vesti-24” telekanalının verdiyi xəbərə görə isə, Medvedev aviaqəzanın araşdırılması üçün baş nazir Vladimir Putinin rəhbərliyi altında komissiya yaradıb.
Rusiya Fövqəladə Hallar Nazirliyindən "RİA Novosti”yə verilən məlumata görə, təyyarə qəzası nəticəsində göyərtədə olanların hamısı həlak olub. Təyyardə olanların hamısının ölməsi xəbərini Mərkəzi Federal Dairənin güc strukturlarında çalışan yüksək vəzifəli mənbə də təsdiq edib. Onun sözlərinə görə, təyyarə Moskva vaxtı ilə 10:50-də hava limanının uçuş-eniş xəttindən 500 metr kənarda yerə düşüb.
Qeyd edək ki, qəzaya uğramış təyyarədə Polşa prezidenti və xanımı ilə yanaşı, ölkənin sabiq prezidenti Rışard Kaçorovski, Milli Yaddaş İnstitutunun prezidenti Yanuş Kurtıka, Polşa ordusunun pravoslav yepiskopu və briqada generalı Miron Çodavski, general Tadeuş Ploski, Milli Bankın rəhbəri Slavomir Skşipek, sabiq müdafiə naziri və Polşa prezidentliyinə keçmiş namizəd Yeji Şmaydzinski, Prezident Katibliyinin rəhbəri Vladislav Stasyak, Baş Qərargah rəisi Frantişek Qonqor da olub.

Allah Rəhmət Eləsin!!! AMİN!!!


Mənbəə: QayNar İnfo

Views: 476 | Added by: riocomp | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
CARİ VAXT



DAXİL OL

AXTAR

REKLAMLAR









DOSTLAR
  • Create your own site
  • www.4yu.at.ua
  • www.pshop.ucoz.net
  • www.endir.az/
  • Live scores
  • www.qovluq.com
  • www.qovluq.biz

  • ƏN SON ŞƏRHLƏR
    Salamun aleykum, men her sheyi basha dushdum amma istfadeden qabaq niye siqareti atmaq lazim oldugunu basha dushmedim. bunun haqqinda ne melumat vere bilersiz? evvelceden teshekkurumu bildiridem.


    Salam aleykum.Mende Qara zirenin en keyfiyyetli novu olan Hebesistan toxumu ile soyuq sixilmish Qara zire yagi var.Bununla beraber sabunu,shampunu,toxumun ozu,kremleri ve s.var.Peygemberimiz (Sallalahu aleyhi ve sellem)buyurur:Qara zire olumden basqa her derdin dermanidir.
    Sifaris vere bilersiniz: 055 491 6121


    salam menim uzume sizanaq cixir tez tez ne elesem olmur davamli uzumde qara noqte ve yara olur,buna gore zire yagi icsem olar?komek eder?xahiw edirem cavablandirin zehmet olmasa cox sagolun


    TƏQVİM
    «  Aprel 2010  »
    BBeÇaÇCaCŞ
        123
    45678910
    11121314151617
    18192021222324
    252627282930

    ARXİV

    QISA MƏLUMAT
    Şərhlər: 262
    Şəkillər: 35
    Xəbərlər: 39
    Yükləmələr: 135
    Direktoriya: 130
    Elanlar: 6
    Oyunlar: 199
    FAQ: 4
    Qonaq Qeydləri: 11
    Testlər: 46

    VALYUTA MƏZƏNNƏSİ


    LÜĞƏT
    Lüğət
    Söz:

    Copyright RIOGROUP © 2017