Cümə, 19 April 2024, 17:12                                                                                       
RI©COMP Computer World
Welcome Qonaq | RSS
Main Registration Login
SAYT MENYUSU

MINI ÇAT
200

SORĞU
Avroliqada hansı klub uğurlu nəticə əldə edəcək?
Bütün Cavablar: 98

STATİSTİKA

Xətdə Olanlar: 1
Qonaq: 1
İstifadəçi: 0




1-CI.BIZ Reytinq Sistemi


23/10/2009-dan bəri free counters



counter



FaceBook
Rovshan Sadıgov | Create Your Badge

Main » 2010 » Yanvar » 19 » "Qarabağ"ın keçmiş hücumçusu-Vaqif Cavadov: "Tvente"də.
17:17
"Qarabağ"ın keçmiş hücumçusu-Vaqif Cavadov: "Tvente"də.


Yığmamızın və "Qarabağ” klubunun forvardı Vaqif Cavadov nəhayət ki, Twente klubu ilə uzunmüddətli müqavilə imzaladı. 20 yaşlı futbolçunun 3 il 6 ay yeni klubun şərəfini qoruyacaq. Qeyd edək ki, Vaqif son 3 ildə "Qarabağ” klubunda, onda öncə isə ÇSKA Moskva klubunun gənclər heyətində çıxış edib.





Azərbaycan yığma komandasının hücumçusu, "Qarabağ" klubunun futbolçusu Vaqif Cavadovun Hollandiyanın "Tvente" klubuna keçidi rəsmiləşdi. Yığmamızın futbolçusu Hollandiya çempionatının lideri ilə 3,5+1 sistemi üzrə müqavilə bağladı.

Vaqif Cavadov "Tvente"nin heyətində 7 nömrəli formada çıxış edəcək. Ensheda təmsilçisinin yeni transferi olan 21 yaşlı futbolçumuz 7 nömrənin yeni sahibi kimi ictimaiyyətə təqdim olunacaq. Həmyerlimizlə rəsmən müqavilə imzalansa da, onun təqdimatı növbəti həftələrdə olacaq. Bunun üçün Stiv Maklarenin baş məşqçi olduğu "Tvente"nin İspaniyada hazırlıq prosesini başa vurub, geri dönməsini gözləmək lazımdır.

Yeni klubla müqavilə imzalamaq üçün Hollandiyada olan Vaqif Cavadov orda hər cür şəraitlə təmin olunub. Futbolçumuza ev və maşın verilib. İndi o, meydana çıxıb bacarığını nümayiş etdirməlidir. Vaqifin bunu necə lazımdı edəcəyi heç bir şübhə doğurmur.

Vaqif Cavadovun "Tvente"yə keçidi Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun planlarını pozacaq. Millini tez-tez təlim-məşq toplantılarına yığan alman mütəxəssis Vaqifi vaxtaşırı görə bilməyəcək. Eyni sözləri Mahaçqalanın "Anji" klubu ilə müqavilə bağlayan Mahir Şükürov haqqında da demək olar. Yığmanın hazırlığına görə tez-tez klubun düşərgəsini tərk etmək isə onların əsas heyətə düşməsini xeyli çətinləşdirə bilər.

İki gün əvvəl isə "Qarabağ" klubu futbolçu üçün yolasalma mərasimi keçirib. Sabiq komandası "Qarabağ"ın təşkil etdiyi tədbirdə çıxış edən 21 yaşlı futbolçu Hollandiyanın "Tvente" klubuna keçidi ilə bağlı fikirlərini bildirib: "Mənim "Tvente"yə keçidim böyük uğurdur. Çoxlarına, o cümlədən jurnalistlərə sübut etdim ki, Rusiyadan Azərbaycana qayıtmaqla səhv etməmişəm. Bu səviyyəyə çatmağıma görə "Qarabağ"a borcluyam. Mən həmişə demişəm ki, bu komandanın heyətində səviyyəli futbolçular yetişə bilər. İndi isə hər şey özümdən asılıdır. "Tvente"də daha yaxşı oynamağa çalışmalıyam. "Tvente"də təkcə özümü deyil, "Qarabağ" və ümumilikdə Azərbaycanı təmsil edəcəyimi dərk edirəm. Bu da məsuliyyətimi artırır".
Views: 1248 | Added by: riocomp | Rating: 5.0/1
Total comments: 1
19 January 2010
1. Admin (riocomp) [Daxil ol ]
Vaqif Cavadova uğurlar arzulayırıq. Halal olsun sənə!!!!!

Only registered users can add comments.
[ Registration | Login ]
CARİ VAXT



DAXİL OL

AXTAR

REKLAMLAR









DOSTLAR
  • Create your own site
  • www.4yu.at.ua
  • www.pshop.ucoz.net
  • www.endir.az/
  • Live scores
  • www.qovluq.com
  • www.qovluq.biz

  • ƏN SON ŞƏRHLƏR
    Salamun aleykum, men her sheyi basha dushdum amma istfadeden qabaq niye siqareti atmaq lazim oldugunu basha dushmedim. bunun haqqinda ne melumat vere bilersiz? evvelceden teshekkurumu bildiridem.


    Salam aleykum.Mende Qara zirenin en keyfiyyetli novu olan Hebesistan toxumu ile soyuq sixilmish Qara zire yagi var.Bununla beraber sabunu,shampunu,toxumun ozu,kremleri ve s.var.Peygemberimiz (Sallalahu aleyhi ve sellem)buyurur:Qara zire olumden basqa her derdin dermanidir.
    Sifaris vere bilersiniz: 055 491 6121


    salam menim uzume sizanaq cixir tez tez ne elesem olmur davamli uzumde qara noqte ve yara olur,buna gore zire yagi icsem olar?komek eder?xahiw edirem cavablandirin zehmet olmasa cox sagolun


    TƏQVİM
    «  Yanvar 2010  »
    BBeÇaÇCaCŞ
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31

    ARXİV

    QISA MƏLUMAT
    Şərhlər: 262
    Şəkillər: 35
    Xəbərlər: 39
    Yükləmələr: 135
    Direktoriya: 130
    Elanlar: 6
    Oyunlar: 199
    FAQ: 4
    Qonaq Qeydləri: 11
    Testlər: 46

    VALYUTA MƏZƏNNƏSİ


    LÜĞƏT
    Lüğət
    Söz:

    Copyright RIOGROUP © 2024