Şənbə, 27 April 2024, 03:38                                                                                       
RI©COMP Computer World
Welcome Qonaq | RSS
Main Registration Login
SAYT MENYUSU

MINI ÇAT
200

SORĞU
Avroliqada hansı klub uğurlu nəticə əldə edəcək?
Bütün Cavablar: 98

STATİSTİKA

Xətdə Olanlar: 1
Qonaq: 1
İstifadəçi: 0




1-CI.BIZ Reytinq Sistemi


23/10/2009-dan bəri free counters



counter



FaceBook
Rovshan Sadıgov | Create Your Badge

Main » 2010 » May » 7 » Vaqif Cavadov: “Çempionlar Liqasında çıxış edəcəyəm”
05:46
Vaqif Cavadov: “Çempionlar Liqasında çıxış edəcəyəm”
"Mükafatlandırma mərasimində məni "Azərbaycanın "Qarabağ” klubundan transfer olunan Vaqif Cavadov” kimi təqdim etdilər”

"Tvente” klubunun heyətində Hollandiya çempionu olan Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovun Lent.az-a müsahibəsi

- Karyeranızda ilk dəfə çempionluq sevincini əcnəbi ölkədə yaşadınız. Hansı hissləri keçirisiniz?

- Düzdür, ilk dəfə çempionluq sevinci yaşadım. Amma o qədər də çox sevinmədim. Daha çox komanda yoldaşlarımın uğuruna sevindim. Çünki bu çempionluqda çox da əməyim olmadı. Sadəcə, belə bir güclü klubda çıxış etdiyim üçün çox məmnun oldum.

- Ötən mövsüm "Qarabağ”ın heyətində Azərbaycan Kubokunu qazanmağınıza, yoxsa "Tvente” ilə Hollandiya çempionluğu əldə etməyinizə daha çox sevindiniz?

- Təbii ki, "Qarabağ”ın uğuruna çox sevindim. Çünki "Qarabağ”ın heyətində çox çıxış etmişəm. "Tvente”də isə zədəmlə əlaqədar oynaya bilməmişəm. İnşallah, gələcəkdə Hollandiya klubunun forması ilə oynamaq mənə də qismət olar.

- "Tvente”nin düşərgəsində olduğunuz dövrü necə dəyərləndirərdiniz?

- Çox yaxşı. Əlbəttə, çox üzücüdür ki, zədə aldım. Amma futbolda hər zaman, hər dəqiqə bir şey ola bilər. İdmançı üçün belə hallar mümkündür. Buna baxmayaraq, həyat davam edir. "Tvente” ilə 6 aylıq, 1 illik yox, 3,5 illik müqaviləm var. Bundan sonra var gücümlə çalışacağam və müqavilə müddətim ərzində layiqincə çıxış etmək üçün əlimdən gələni əsirgəməyəcəyəm. Sonrasına isə baxarıq görək, necə olar...

- Hollandiya çempionluğunu bayram etdiyiniz NAC-la oyundan sonra paltardəyişmə otağında çəkilən videogörüntülərdə o qədər də sevinmirsiniz. Bu, nə ilə əlaqədardır?

- Bayaq qeyd etdiyim ki, çempionluqda o qədər də payım yoxdur. Mən sırf komandamın uğuruna və "Tvente”də çıxış etdiyim üçün sevinmişəm.

- Komanda yoldaşlarınızdan Sizi təbrik edən olmadı?

- Hamı təbrik etdi. Axı biz bir komandayıq!

- Hər halda qızıl medal alanlar və klub rəhbərliyi tərəfindən mükafatlandırılanlar arasında Siz də var idiniz?

- Bəli. Hər bir futbolçuya medallar və klub rəhbərliyi tərəfindən hədiyyə kimi "Rolex” saatı verildi.

- Məşq vaxtı zədələndiniz. Həmin hadisə necə baş verdi?

- İkitərəfli oyun zamanı ayağım boşa getdi və komanda yoldaşımla toqquşdum. Nəticədə meniskimdən xəsarət aldım. Menisk elə bir zədədir ki, hər zaman belə bir təhlükə ilə üz-üzə gəlmək olar. Bundan sonra ayağım ağrımağa başladı. Rentgendən çıxarış etdik, məlum oldu ki, ciddi zədə almışam.

- İndiyədək belə ciddi zədə ilə üzləşmişdiniz?

- Xeyr. İlk dəfə idi ki, əməliyyat olunurdum.

- Klub rəhbərliyi komandaya yenicə gəldiyiniz vaxt zədələnməyinizi necə qarşıladı? Komandaya heç bir xeyir vermədən xəsarət aldığınızı deyən olmadı?

- Xeyr. Çünki mən "Tvente”nin düşərgəsinə gedərkən, zədəli deyildim. Hətta müqavilə bağlamamışdan öncə klubda tibbi müayinədən keçdiyim vaxt hər şey qaydasında idi. Zədəni komandanın məşqində aldım. Bunu da təbii qəbul edirəm. Hər bir futbolçu yeni və ya çoxdan çıxış etdiyi klubunun heyətində zədələnə bilər.

- Bəs adınızın heç olmasa oyunlar vaxtı "18-liy”ə salınmaması nə ilə bağlı idi?

- Bu, yalnız zədəmin tam sağalmaması ilə bağlı idi. Məşqlərdə lazımi formamı tam yığmamışdım. Ona görə də oyunlarda iştirak etmirdim.

- Amma əvəzedici komandanın heyətində 2 oyunda meydançaya çıxmısınız...

- Ona görə meydançaya buraxmışdılar ki, ayağımdakı zədənin sağalıb-sağalmadığını öyrənsinlər. Məşqlə oyun arasında fərq var. Oyunda daha çox yüklənmə olur. Bu səbəbdən, ilk matçda 45 dəqiqə, ikinci qarşılaşmada isə 75 dəqiqə meydançada oldum. Allaha şükür, hər şey yaxşıdır. Məşqlərimi davam etdirəcəyəm və növbəti mövsümə hazırlaşacağam.

- Belə fikirlər də var ki, Sizin gedişinizdən sonra "Qarabağ” Unibank Premyer Liqasında qeyri-sabit çıxış etməyə başlayıb...

- Düzdür, "Qarabağ”da oyun üslubum tam fərqli idi. Amma heç bir futbolçu əvəzedilməz deyil. Mən də həmçinin. "Tvente”yə keçdiyim vaxt "Qarabağ” lider idi. Elə indi də çempionluq uğrunda mübarizə aparır.

- Hollandiya mətbuatı Sizi "Tvente”nin ən uğursuz transferləri sırasında göstərib...

- Hər kəsin öz şəxsi fikri var. Amma mən bunlara heç vaxt fikir verməmişəm və verməyəcəyəm də. Mənim öz yolum var. Ətrafımda ailəm və mənə yaxın olan insanlar, fikrimdə isə futboldur. Öz sözümü sırf meydançada göstərdiyim oyunumla deyə bilərəm.

- Baş məşqçi Stiv Maklarenin Sizə münasibəti necə idi?

- Futbolçuya necə münasibət göstərməlidirsə, elə. Lazım gəldikdə, dost, lazım gəldikdə məşqçi kimi yanaşırdı. Eləcə də klub rəhbərliyinin...

- Azərbaycanlı olduğunuzu bildikdən sonra Sizinlə yaxından maraqlanan olub?

- Mükafatlandırma mərasimində hər bir futbolçunu ayrıca çağırırdılar. Məni də çağıranda "Azərbaycanın "Qarabağ” klubundan transfer olunan Vaqif Cavadov” kimi təqdim etdilər. Sonra da təbrik etdilər. Məncə, bu sözlər hər şeydən xəbər verir. Bu sözlərin mənasını hərə bir cür anlaya bilər. Amma fakt budur ki, istər Hollandiya mətbuatı, istərsə də yerli əhali "Qarabağ”dan gəldiyimi və "Tvente”də çıxış etdiyimi bilir.

- Maklarenin komandadan ayrılacağı barədə də xəbərlər yayılıb. Belə bir ehtimal var?

- Mən baş məşqçiyə aid olan məsələ ilə bağlı bir söz deyə bilmərəm. Çünki hərənin öz işi var. Baş məşqçi gələcək planlarını mənimlə bölüşmür. Amma inanıram ki, yeni mövsümdə də Maklaren komandamızın sükanı arxasında olacaq və Çempionlar Liqasında uğurlu çıxış edəcəyik.

- Azərbaycanlı futbolçunun Çempionlar Liqasında çıxış etməsi nə dərəcədə realdır?

- Mən "Tvente”nin oyunçusuyam və bu kluba əvəzedici kimi yox, "Qarabağ”ın və Azərbaycan milli komandasının oyunçusu kimi getmişəm. Hər şey məndən asılıdır. Oyunumla əsas heyətdə oynamağa layiq olduğumu sübuta yetirəcəyəm və Çempionlar Liqasında çıxış edəcəyəm.

- Hər hansı komandaya icarəyə verilməyiniz nə dərəcədə realdır?

- Əvvəla, cəmi 3-4 aydır "Tvente”də olduğum halda, icarəyə verilməyimə inanmıram. Digər tərəfdən, yalnız futbolçunun özü istəsə, başqa komandaya kirayələnə bilər. Bu halda başqa komandanı futbolçu axtarır, çıxış etdiyi klub yox.

- Hansı variantı üstün tutardınız: Daim oynadığınız, amma nisbətən aşağı səviyyəli komandanı, yoxsa ehtiyatda qaldığınız güclü komandanı?

- Mən "Tvente”yə keçərkən, hara getdiyimi bilirdim. Başqa komandanı da seçə və oynaya bilərdim. Amma mən "Qarabağ”dan getmişəm və "Qarabağ”dan heç də geri qalmayan, Hollandiya çempionatında çıxış edən "Tvente” klubuna keçmişəm. Öz gücümə inandığım və özüm istədiyim üçün o klubu seçmişəm. "Tvente”yə ehtiyatda oturmaq üçün keçməmişəm. İnşallah, gələcəkdə öz oyunumla əsas heyətə layiq olduğumu sübuta yetirəcəyəm.

- Oyun praktikasız qalmağınız milli komandamızın qarşıdakı təlim-məşq toplantısı və Moldova, Makedoniya, Honduras yığmaları ilə yoldaşlıq görüşlərində oyununuza təsir göstərə bilər?

- Əlbəttə, hazırda 100 faiz formada deyiləm. Amma artıq ayağımdakı zədə sağalıb və məşqlərə başlamışam. Qarşıda toplanış və oyunlar var. İnşallah, həmin vaxtadək formaya düşərəm. Hələ hər şey qabaqdadır. Yığmanın toplanışınadək "Qarabağ”ın heyətində məşqlərimi davam etdirəcəyəm. Məncə, oyunumla bağlı elə bir problem olmayacaq.

- Ola bilərmi ki, Hollandiya çempionatında legioner limiti üzündən gələcəkdə də əsas heyətə düşə bilməyəsən?

- Xeyr. Hər şey mənim özümdən asılıdır.

- Hollandiyadakı həyatınız necə keçirdi?

- Həyatım sırf futbolla bağlı idi. Hər gün məşqlərdə iştirak edirdim. Ailəm də mənimlə birgə idi. Boş vaxtlarımı ailəmlə şəhər gəzintisinə və ya nahara həsr edirdim.

- Azərbaycandan savayı, Rusiyada da, Hollandiyada da yaşamısınız. Bu ölkələrdəki həyat tərzində hansı fərqlər var?

- Hər ölkənin öz həyat tərzi var. Amma mənim üçün bunların heç biri Azərbaycanı əvəz edə bilməz.

- "Tvente”nin düşərgəsində olmayacağınız bir ay müddətində şəxsi həyatınızda bir yeniliyin olması mümkündür?

- Bu müddətdə olmasa da, gələcəkdə mümkündür.

- Nə vaxt?

- Qismət olan kimi.

- Yəqin ki, nişanlanmaq və ya ailə qurmağı nəzərdə tutursunuz...

- İndi bu mövzuda danışmaq düzgün olmazdı. Söhbət şəxsi həyatımdan gedir. Qismət olsa, hər şey yaxşı olacaq. Amma qarşıdakı 1-2 ay müddətində bu, gözlənilmir.

Elşən Məmmədov
Views: 969 | Added by: riocomp | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
CARİ VAXT



DAXİL OL

AXTAR

REKLAMLAR









DOSTLAR
  • Create your own site
  • www.4yu.at.ua
  • www.pshop.ucoz.net
  • www.endir.az/
  • Live scores
  • www.qovluq.com
  • www.qovluq.biz

  • ƏN SON ŞƏRHLƏR
    Salamun aleykum, men her sheyi basha dushdum amma istfadeden qabaq niye siqareti atmaq lazim oldugunu basha dushmedim. bunun haqqinda ne melumat vere bilersiz? evvelceden teshekkurumu bildiridem.


    Salam aleykum.Mende Qara zirenin en keyfiyyetli novu olan Hebesistan toxumu ile soyuq sixilmish Qara zire yagi var.Bununla beraber sabunu,shampunu,toxumun ozu,kremleri ve s.var.Peygemberimiz (Sallalahu aleyhi ve sellem)buyurur:Qara zire olumden basqa her derdin dermanidir.
    Sifaris vere bilersiniz: 055 491 6121


    salam menim uzume sizanaq cixir tez tez ne elesem olmur davamli uzumde qara noqte ve yara olur,buna gore zire yagi icsem olar?komek eder?xahiw edirem cavablandirin zehmet olmasa cox sagolun


    TƏQVİM
    «  May 2010  »
    BBeÇaÇCaCŞ
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031

    ARXİV

    QISA MƏLUMAT
    Şərhlər: 262
    Şəkillər: 35
    Xəbərlər: 39
    Yükləmələr: 135
    Direktoriya: 130
    Elanlar: 6
    Oyunlar: 199
    FAQ: 4
    Qonaq Qeydləri: 11
    Testlər: 46

    VALYUTA MƏZƏNNƏSİ


    LÜĞƏT
    Lüğət
    Söz:

    Copyright RIOGROUP © 2024