Cümə Axşamı, 28 November 2024, 18:33                                                                                       
RI©COMP Computer World
Welcome Qonaq | RSS
Main Xoş Gəlmisiniz! Registration Login
SAYT MENYUSU

KATEQORIYALAR
Video [0]
MP3 [3]
Şəkillər [0]
Digər [17]

MINI ÇAT
200

SORĞU
Avroliqada hansı klub uğurlu nəticə əldə edəcək?
Bütün Cavablar: 98

STATİSTİKA

Xətdə Olanlar: 1
Qonaq: 1
İstifadəçi: 0




1-CI.BIZ Reytinq Sistemi


23/10/2009-dan bəri free counters



counter



FaceBook
Rovshan Sadıgov | Create Your Badge

Main » Files » İslam Dünyası » Digər

QƏZZALI UŞAQ (Qəzza haqqında təəssüratlarım)
[ · Download from mirror () ] 30 January 2009, 07:28



QƏZZALI UŞAQ

 

(Qəzza haqqında təəssüratlarım)

 

Salam ana. Bu mənəm. Sənin 8 yaşlı Fatimən. Atam sənin öldüyünü mənə deməyib hələ. Deyir gələcəksən. Amma bilirəm mən. Gəlməyəcəksən. Yadımdadır, qardaşım şəhid olanda demişdin ki, ölənlər geri qayıtmır. Ana, bilirəm sən də qayıtmayacaqsan.

 

O gün evimizə bomba atılanda yerə yıxıldın. Gördüm ana. Çox qorxmuşdum. Əlimdəki ad günümdə aldığın gəlinciyi yerə atıb yanına qaçdım. Səni çağırdım, çağırdım. Səndən heç bir səs gəlmədi. Gözlərin isə mənə baxırdı.

 

Atam səni xəstəxanaya aparanda mən də yanında idim. Xəstəxanada yer yox idi. Sən isə can verirdin. Hərdən mənə baxırdın. Dodağın isə gülümsəyirdi. Həmişəki kimi. Amma heç nə danışmırdın. Həkim əmilər bir təhər sənə çöl qapının yanında yardım edirdilər. Bu vaxt işıqlar da söndü. Atam cibindəki telefonu çıxarıb işığını sənin qəlpə dəymiş bədəninə tutdu.

 

Onda Allaha dua elədim. Dua elədim ki, ölməyəsən. Heç bilirsən necə dua edirdim ana?! Sənin öyrətdiyin kimi.

 

Həkim əmi də mənim yalvarmağımı görüb ağladı. Gözlərindən yaşlar axırdı. Sonra ağlıya-ağlıya atama baxdı və başını yellədi. O an hiss elədim. O an hiss elədim ki, Allah səni cənnətə apardı. Ürəyimin döyüntülərinin artmasından hiss elədim. Nəfəsimin tutulmağından hiss elədim. Atamın belinin qırılmasından hiss elədim. Sənin mənə baxmamağından hiss elədim, təbəssümün yox olmasından hiss elədim ki, öldün, ana.

 

Amma atam mənə bildirməmək üçün özünü ağlamaqdan güclə saxlayırdı. Amma mən sənin cənnətə getdiyini anlamışdım, ana. Mən də atama sənin öldüyünü anladığımı bildirmədim ki, bir də buna görə kədərlənməsin. Bir də buna görə beli sınmasın...

 

İndi sən yoxsan ana. On bir aylıq qardaşım İsmayıl elə hey ağlayır. Səni istəyir, ana. Mən atamdan gizli sənin şəklinə baxıb təsəlli tapa bilirəm. İsmayıl isə uşaqdır hələ. Heç nəyi başa düşmür. Biz onu susdura bilmirik, ana. Axı uşaq neyləsin. Həmişə sənin laylanla yatırdı. İndi sənin laylalarını bomba səsləri əvəz edib. Heç ana səsi ilə bomba səsi bir ola bilərmi, ana?!

 

Hərdən atam olmayanda qardaşıma səndən danışıram. Susur, ağlamır onda. Sanki möcüzədir, ana. Dil bilməyəm İsmayıla anasından danışırsan, başa düşür. Ağlamır.

 

Birdən məktəbə getməmişəm deyə narahat olarsan. Məktəblər bağlıdır. Çünki səni öldürən bombalardan biri də oxuduğumuz məktəbə düşüb. Nə qardaşım Abbas, nə də mən dərsə gedə bilmirik.

 

Ana, on iki yaşlı Abbasın yemək yemir. Heç evdə yemək olur ki! Axı atalar analar kimi ola bilmir. Həm də yazıq atam neyləsin. Heç yanda çörək yoxdur. Olan yerlərdə də növbələr var. Növbələrdə ölüm var. Parta yoldaşım Məryəm də çörək növbəsində duranda öldürülüb.

 

Qardaşım on beş yaşlı Həsəni də iki gündür görmürəm. Atam isə tez-tez xəstəxanaya gedir-gəlir. Həsəni soruşanda gah deyir qrip olub, gah deyir qızdırması var. Hər dəfə bir bəhanə ilə qardaşımın yerini demir bizə.

 

Bilirsəm sənin qəbrini necə tapdım, ana. Hər səhər atam gəlir sənin yanına. Bu gün onun izləmişəm. Gəlib səni tapmışam. Amma bura gəldiyimi atama demə. Onsuz da pərişandır. Daha da pərişan eləmə.

 

Bəs, bilirsən bura niyə gəlmişəm? Gəlmişəm ki, səni aparam. Dur ana! Bəstir uzandın. Dur gedək evə. Heç olmasa İsmayılın xətrinə gəl.

 

Bilirəm ana, indi cənnətdəsən, gələ bilmirsən. Heç olmasa bir dəfə də olsa gəl gir İsmayılın yuxusuna. Öp onu yuxuda. Nə olar, ana, gəl gir İsmayılın yuxusuna. O sənin üçün çooox darıxır. İstəyirsən, Allaha dua edim qaradaşımın yuxuna gəlməyinə icazə versin.

 

İstəyirsən, ana, dua edim...

 

Ana o bombanı atanlar İsmayılı tanımırdılar?! Bilmirdilər İsmayıl sənsiz dayana bilmir?! Bilmirdilər İsmayılın hələ bir yaşı yoxdur?! Ana niyə atdılar ee bombanı?! Niyə səni bizdən ayırdılar?! Onlar nə istəyir bizdən, ay ana?! Onların anası yoxdu, ay ana?! Onlar bilmirlər ki, anasız uşaq qanadsız quşa bənzəyir?! Uca bilməz?! Niyə bizim qanadımızı qırırlar, ana?! Niyə bizi sənsiz qoydular, ana?!

 

Ana, səni çox sevirəm. Niyə yoxsan?! Yəqin dünyanın hər yerində uşaqların analarını öldürülür. Əgər belə deyilsə, dünya niyə susur, ana?! Niyə İsmayılın gecə sanki «ana!» deyərmişcəsinə ağlamağını eşitmir bu dünya?! Mənə həmişə dünya dostlarımızdan danışardın. Haradadır o dostlarımız indi, ay ana?! Harada qaldılar, niyə gəlmirlər?! Hərdən bir yekə maşın gəlir içində yemək, su, dərman...

 

Ana, dünya başa düşmür ki, biz susuzluğa, aclığa dözə bilirik. Qarnına daş bağlayıb yatan adamın nağılını sən danışmışdın mənə. Bizim azadlığımızı əlimizdən alıblar. Biz qarnımıza daş bağlaya bilərik, biz susuz qala bilərik, amma zülm altında yaşaya bilmərik! Bizim azadlığımızı əlimizdən alıblar, ana. Bu dünya niyə bir dəfə də maşında bizə azadlıq gətirmir, niyə bunu başa düşə bilmir, ana!

 

Qonşumuz Zəhra da dünən anasını itirdi. O da ağlayır. Bütün günü ağlayır. Dəyəsən, Qəzzada uşaq olmaq - anasız olmaq, atasız olmaq deməkdir. Fələstində uşaq olmaq - anasının ölümünü görmək deməkdir. Fələstində uşaq olmaq - yaşayan ölü olmaq deməkdir…

 

Bilirsənmi, ana, o gün xəstəxanada ata səni aparanda o ağlayan həkimə dedi ki, mənim başımı qatsın. Atam kədərlənməsin deyə, səsimi çıxarmadım. Həkim əmi məndən böyüyəndə nə olacağımı soruşdu. Ona “şəhid olacağam” dedim.

 

Yaxşı demişəmmi, ana? Şəhidliyin nə olduğun sən öyrətmisən mənə. Şəhid olub sənin yanına gəlmək istəyirəm, şəhid olub qardaşımın yanına gəlmək istəyirəm.

 

Bir gün mütləq böyüyəcəyəm. Bax, artıq məni qəbiristanlıqda tək olmaq qorxutmur. Böyüyürəm, ana. Həyətimizdə bir zeytun ağacı da əkmişəm. Deyirlər, zeytun ağacından düzəldilən sapandla atılan daş daha uzağa gedir. Zeytun da böyüyür...

 

İndi mən getməliyəm. Bir azdan on bir aylıq İsmayılın duracaq. Ağlamağa başlayacaq. Atam da evdə olmayacaq. Gedim yanına, qorxmasın. Sağ ol, ana.

 

Artıq bu gün İsmayıla sənin haqqında danışmalı çox şeyim olacaq...

Xəqani Səfərov

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

 

 

“Deyerler” AİN (www.deyerler.org)

 

 

Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən "Deyerler" AİN-ə (www.deyerler.org) istinad zəruridir.


Category: Digər | Added by: riocomp
Views: 1552 | Downloads: 764 | Rating: 5.0/1
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
CARİ VAXT



DAXİL OL

AXTAR

REKLAMLAR









DOSTLAR
  • Create your own site
  • www.4yu.at.ua
  • www.pshop.ucoz.net
  • www.endir.az/
  • Live scores
  • www.qovluq.com
  • www.qovluq.biz

  • ƏN SON ŞƏRHLƏR
    Salamun aleykum, men her sheyi basha dushdum amma istfadeden qabaq niye siqareti atmaq lazim oldugunu basha dushmedim. bunun haqqinda ne melumat vere bilersiz? evvelceden teshekkurumu bildiridem.


    Salam aleykum.Mende Qara zirenin en keyfiyyetli novu olan Hebesistan toxumu ile soyuq sixilmish Qara zire yagi var.Bununla beraber sabunu,shampunu,toxumun ozu,kremleri ve s.var.Peygemberimiz (Sallalahu aleyhi ve sellem)buyurur:Qara zire olumden basqa her derdin dermanidir.
    Sifaris vere bilersiniz: 055 491 6121


    salam menim uzume sizanaq cixir tez tez ne elesem olmur davamli uzumde qara noqte ve yara olur,buna gore zire yagi icsem olar?komek eder?xahiw edirem cavablandirin zehmet olmasa cox sagolun


    QISA MƏLUMAT
    Şərhlər: 262
    Şəkillər: 35
    Xəbərlər: 39
    Yükləmələr: 135
    Direktoriya: 130
    Elanlar: 6
    Oyunlar: 199
    FAQ: 4
    Qonaq Qeydləri: 11
    Testlər: 46

    VALYUTA MƏZƏNNƏSİ


    LÜĞƏT
    Lüğət
    Söz:

    Copyright RIOGROUP © 2024