1 qram qara zirə yağı bu baxımdan gündəlik tələbatımızı təmin edir. Qara zirədəki niqellon və alfapinen kimi efirli yağlar tənəffüs borusunu genişləndirir, əzələlərin genişlənməsinin qarşısını alır. İfrazatı normaya salır və öskürəyi sakitləşdirir, iltihabı aradan qaldırır, ağrıları kəsir və sidiyi bayıra qovur. Uzun müddət ardıcıl qəbul edildikdə qara zirə qanda şəkəri aşağı salır.Bu qədər ecazkar keyfiyyətlərə malik və Allahın Peyğəmbərinin (ona Allahın salavatı və salamı olsun) tərifinə layiq olan qara zirə bundan öncə sadaladığımız özəllikləri ilə aşağıdakı xəstəliklərdə və çatışmazlıqlarda son dərəcə müsbət nəticələr əldə etmək üçün faydalıdır. (Xəstəliklər və onların müalicə edilməsi üçün zəruri olan proseduraların təsvirinə keçməzdən öncə deməliyəm ki, qara zirə toxumunu və ya yağını qəbul etməzdən əvvəl siqaret çəkən şəxslər siqareti atmalıdır. Bundan başqa yuxarıda göstərdiyimiz hansısa xəstəliyə dair kitab-soraqçamızdan konkret məlumat əldə edə bilməsəniz, müvafiq və çoxsaylı elektron mənbələrə müraciət etmək olar. Mənbələr haqqında soraqçanın sonunda – istifadə edilmiş ədəbiyyat bölümündə məlumat tapmaq olar).
|