|
SORĞU |
|
|
|
|
|
| | |
| Main » 2010 » May » 7 » Vaqif Cavadov: “Çempionlar Liqasında çıxış edəcəyəm”
05:46 Vaqif Cavadov: “Çempionlar Liqasında çıxış edəcəyəm” |
"Mükafatlandırma mərasimində məni "Azərbaycanın "Qarabağ” klubundan
transfer olunan Vaqif Cavadov” kimi təqdim etdilər”
"Tvente” klubunun heyətində Hollandiya çempionu olan
Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovun Lent.az-a
müsahibəsi
- Karyeranızda ilk dəfə çempionluq sevincini əcnəbi ölkədə yaşadınız.
Hansı hissləri keçirisiniz?
- Düzdür, ilk dəfə çempionluq sevinci yaşadım. Amma o qədər də çox
sevinmədim. Daha çox komanda yoldaşlarımın uğuruna sevindim. Çünki bu
çempionluqda çox da əməyim olmadı. Sadəcə, belə bir güclü klubda çıxış
etdiyim üçün çox məmnun oldum.
- Ötən mövsüm "Qarabağ”ın heyətində Azərbaycan Kubokunu
qazanmağınıza, yoxsa "Tvente” ilə Hollandiya çempionluğu əldə etməyinizə
daha çox sevindiniz?
- Təbii ki, "Qarabağ”ın uğuruna çox sevindim. Çünki "Qarabağ”ın
heyətində çox çıxış etmişəm. "Tvente”də isə zədəmlə əlaqədar oynaya
bilməmişəm. İnşallah, gələcəkdə Hollandiya klubunun forması ilə oynamaq
mənə də qismət olar.
- "Tvente”nin düşərgəsində olduğunuz dövrü necə dəyərləndirərdiniz?
- Çox yaxşı. Əlbəttə, çox üzücüdür ki, zədə aldım. Amma futbolda hər
zaman, hər dəqiqə bir şey ola bilər. İdmançı üçün belə hallar mümkündür.
Buna baxmayaraq, həyat davam edir. "Tvente” ilə 6 aylıq, 1 illik yox,
3,5 illik müqaviləm var. Bundan sonra var gücümlə çalışacağam və
müqavilə müddətim ərzində layiqincə çıxış etmək üçün əlimdən gələni
əsirgəməyəcəyəm. Sonrasına isə baxarıq görək, necə olar...
- Hollandiya çempionluğunu bayram etdiyiniz NAC-la oyundan sonra
paltardəyişmə otağında çəkilən videogörüntülərdə o qədər də
sevinmirsiniz. Bu, nə ilə əlaqədardır?
- Bayaq qeyd etdiyim ki, çempionluqda o qədər də payım yoxdur. Mən sırf
komandamın uğuruna və "Tvente”də çıxış etdiyim üçün sevinmişəm.
- Komanda yoldaşlarınızdan Sizi təbrik edən olmadı?
- Hamı təbrik etdi. Axı biz bir komandayıq!
- Hər halda qızıl medal alanlar və klub rəhbərliyi tərəfindən
mükafatlandırılanlar arasında Siz də var idiniz?
- Bəli. Hər bir futbolçuya medallar və klub rəhbərliyi tərəfindən
hədiyyə kimi "Rolex” saatı verildi.
- Məşq vaxtı zədələndiniz. Həmin hadisə necə baş verdi?
- İkitərəfli oyun zamanı ayağım boşa getdi və komanda yoldaşımla
toqquşdum. Nəticədə meniskimdən xəsarət aldım. Menisk elə bir zədədir
ki, hər zaman belə bir təhlükə ilə üz-üzə gəlmək olar. Bundan sonra
ayağım ağrımağa başladı. Rentgendən çıxarış etdik, məlum oldu ki, ciddi
zədə almışam.
- İndiyədək belə ciddi zədə ilə üzləşmişdiniz?
- Xeyr. İlk dəfə idi ki, əməliyyat olunurdum.
- Klub rəhbərliyi komandaya yenicə gəldiyiniz vaxt zədələnməyinizi
necə qarşıladı? Komandaya heç bir xeyir vermədən xəsarət aldığınızı
deyən olmadı?
- Xeyr. Çünki mən "Tvente”nin düşərgəsinə gedərkən, zədəli deyildim.
Hətta müqavilə bağlamamışdan öncə klubda tibbi müayinədən keçdiyim vaxt
hər şey qaydasında idi. Zədəni komandanın məşqində aldım. Bunu da təbii
qəbul edirəm. Hər bir futbolçu yeni və ya çoxdan çıxış etdiyi klubunun
heyətində zədələnə bilər.
- Bəs adınızın heç olmasa oyunlar vaxtı "18-liy”ə salınmaması nə ilə
bağlı idi?
- Bu, yalnız zədəmin tam sağalmaması ilə bağlı idi. Məşqlərdə lazımi
formamı tam yığmamışdım. Ona görə də oyunlarda iştirak etmirdim.
- Amma əvəzedici komandanın heyətində 2 oyunda meydançaya
çıxmısınız...
- Ona görə meydançaya buraxmışdılar ki, ayağımdakı zədənin
sağalıb-sağalmadığını öyrənsinlər. Məşqlə oyun arasında fərq var. Oyunda
daha çox yüklənmə olur. Bu səbəbdən, ilk matçda 45 dəqiqə, ikinci
qarşılaşmada isə 75 dəqiqə meydançada oldum. Allaha şükür, hər şey
yaxşıdır. Məşqlərimi davam etdirəcəyəm və növbəti mövsümə
hazırlaşacağam.
- Belə fikirlər də var ki, Sizin gedişinizdən sonra "Qarabağ” Unibank
Premyer Liqasında qeyri-sabit çıxış etməyə başlayıb...
- Düzdür, "Qarabağ”da oyun üslubum tam fərqli idi. Amma heç bir futbolçu
əvəzedilməz deyil. Mən də həmçinin. "Tvente”yə keçdiyim vaxt "Qarabağ”
lider idi. Elə indi də çempionluq uğrunda mübarizə aparır.
- Hollandiya mətbuatı Sizi "Tvente”nin ən uğursuz transferləri
sırasında göstərib...
- Hər kəsin öz şəxsi fikri var. Amma mən bunlara heç vaxt fikir
verməmişəm və verməyəcəyəm də. Mənim öz yolum var. Ətrafımda ailəm və
mənə yaxın olan insanlar, fikrimdə isə futboldur. Öz sözümü sırf
meydançada göstərdiyim oyunumla deyə bilərəm.
- Baş məşqçi Stiv Maklarenin Sizə münasibəti necə idi?
- Futbolçuya necə münasibət göstərməlidirsə, elə. Lazım gəldikdə, dost,
lazım gəldikdə məşqçi kimi yanaşırdı. Eləcə də klub rəhbərliyinin...
- Azərbaycanlı olduğunuzu bildikdən sonra Sizinlə yaxından maraqlanan
olub?
- Mükafatlandırma mərasimində hər bir futbolçunu ayrıca çağırırdılar.
Məni də çağıranda "Azərbaycanın "Qarabağ” klubundan transfer olunan
Vaqif Cavadov” kimi təqdim etdilər. Sonra da təbrik etdilər. Məncə, bu
sözlər hər şeydən xəbər verir. Bu sözlərin mənasını hərə bir cür anlaya
bilər. Amma fakt budur ki, istər Hollandiya mətbuatı, istərsə də yerli
əhali "Qarabağ”dan gəldiyimi və "Tvente”də çıxış etdiyimi bilir.
- Maklarenin komandadan ayrılacağı barədə də xəbərlər yayılıb. Belə
bir ehtimal var?
- Mən baş məşqçiyə aid olan məsələ ilə bağlı bir söz deyə bilmərəm.
Çünki hərənin öz işi var. Baş məşqçi gələcək planlarını mənimlə
bölüşmür. Amma inanıram ki, yeni mövsümdə də Maklaren komandamızın
sükanı arxasında olacaq və Çempionlar Liqasında uğurlu çıxış edəcəyik.
- Azərbaycanlı futbolçunun Çempionlar Liqasında çıxış etməsi nə
dərəcədə realdır?
- Mən "Tvente”nin oyunçusuyam və bu kluba əvəzedici kimi yox,
"Qarabağ”ın və Azərbaycan milli komandasının oyunçusu kimi getmişəm. Hər
şey məndən asılıdır. Oyunumla əsas heyətdə oynamağa layiq olduğumu
sübuta yetirəcəyəm və Çempionlar Liqasında çıxış edəcəyəm.
- Hər hansı komandaya icarəyə verilməyiniz nə dərəcədə realdır?
- Əvvəla, cəmi 3-4 aydır "Tvente”də olduğum halda, icarəyə verilməyimə
inanmıram. Digər tərəfdən, yalnız futbolçunun özü istəsə, başqa
komandaya kirayələnə bilər. Bu halda başqa komandanı futbolçu axtarır,
çıxış etdiyi klub yox.
- Hansı variantı üstün tutardınız: Daim oynadığınız, amma nisbətən
aşağı səviyyəli komandanı, yoxsa ehtiyatda qaldığınız güclü komandanı?
- Mən "Tvente”yə keçərkən, hara getdiyimi bilirdim. Başqa komandanı da
seçə və oynaya bilərdim. Amma mən "Qarabağ”dan getmişəm və "Qarabağ”dan
heç də geri qalmayan, Hollandiya çempionatında çıxış edən "Tvente”
klubuna keçmişəm. Öz gücümə inandığım və özüm istədiyim üçün o klubu
seçmişəm. "Tvente”yə ehtiyatda oturmaq üçün keçməmişəm. İnşallah,
gələcəkdə öz oyunumla əsas heyətə layiq olduğumu sübuta yetirəcəyəm.
- Oyun praktikasız qalmağınız milli komandamızın qarşıdakı təlim-məşq
toplantısı və Moldova, Makedoniya, Honduras yığmaları ilə yoldaşlıq
görüşlərində oyununuza təsir göstərə bilər?
- Əlbəttə, hazırda 100 faiz formada deyiləm. Amma artıq ayağımdakı zədə
sağalıb və məşqlərə başlamışam. Qarşıda toplanış və oyunlar var.
İnşallah, həmin vaxtadək formaya düşərəm. Hələ hər şey qabaqdadır.
Yığmanın toplanışınadək "Qarabağ”ın heyətində məşqlərimi davam
etdirəcəyəm. Məncə, oyunumla bağlı elə bir problem olmayacaq.
- Ola bilərmi ki, Hollandiya çempionatında legioner limiti üzündən
gələcəkdə də əsas heyətə düşə bilməyəsən?
- Xeyr. Hər şey mənim özümdən asılıdır.
- Hollandiyadakı həyatınız necə keçirdi?
- Həyatım sırf futbolla bağlı idi. Hər gün məşqlərdə iştirak edirdim.
Ailəm də mənimlə birgə idi. Boş vaxtlarımı ailəmlə şəhər gəzintisinə və
ya nahara həsr edirdim.
- Azərbaycandan savayı, Rusiyada da, Hollandiyada da yaşamısınız. Bu
ölkələrdəki həyat tərzində hansı fərqlər var?
- Hər ölkənin öz həyat tərzi var. Amma mənim üçün bunların heç biri
Azərbaycanı əvəz edə bilməz.
- "Tvente”nin düşərgəsində olmayacağınız bir ay müddətində şəxsi
həyatınızda bir yeniliyin olması mümkündür?
- Bu müddətdə olmasa da, gələcəkdə mümkündür.
- Nə vaxt?
- Qismət olan kimi.
- Yəqin ki, nişanlanmaq və ya ailə qurmağı nəzərdə tutursunuz...
- İndi bu mövzuda danışmaq düzgün olmazdı. Söhbət şəxsi həyatımdan
gedir. Qismət olsa, hər şey yaxşı olacaq. Amma qarşıdakı 1-2 ay
müddətində bu, gözlənilmir.
Elşən Məmmədov
|
Views: 1003 |
Added by: riocomp
| Rating: 0.0/0 |
| |
| | |
|
|
ƏN SON ŞƏRHLƏR |
|
Salamun aleykum, men her sheyi basha dushdum amma istfadeden qabaq niye siqareti atmaq lazim oldugunu basha dushmedim. bunun haqqinda ne melumat vere bilersiz? evvelceden teshekkurumu bildiridem.
Salam aleykum.Mende Qara zirenin en keyfiyyetli novu olan Hebesistan toxumu ile soyuq sixilmish Qara zire yagi var.Bununla beraber sabunu,shampunu,toxumun ozu,kremleri ve s.var.Peygemberimiz (Sallalahu aleyhi ve sellem)buyurur:Qara zire olumden basqa her derdin dermanidir. Sifaris vere bilersiniz: 055 491 6121
salam menim uzume sizanaq cixir tez tez ne elesem olmur davamli uzumde qara noqte ve yara olur,buna gore zire yagi icsem olar?komek eder?xahiw edirem cavablandirin zehmet olmasa cox sagolun
|
|
|
|
TƏQVİM |
|
« May 2010 » | B | Be | Ça | Ç | Ca | C | Ş | | | | | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |
|
|
|
|
QISA MƏLUMAT |
|
Şərhlər: 262 Şəkillər: 35 Xəbərlər: 39 Yükləmələr: 135 Direktoriya: 130 Elanlar: 6 Oyunlar: 199 FAQ: 4 Qonaq Qeydləri: 11 Testlər: 46
|
|
|
|