Əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış
borclarının silinməsi tədbirləri barədə Azərbaycan Respublikası
Prezidentinin fərmanı
Son illər əhalinin təbii qaza olan tələbatının təmin edilməsi
istiqamətində vacib tədbirlər həyata keçirilmiş, qaz infrastrukturunun
yenidən qurulmasında xeyli irəliləyişlər baş vermişdir. Nəticədə,
əvvəllər təbii qazla təchiz olunmayan şəhər və rayonlara qaz kəmərləri
çəkilmiş, əhaliyə verilən təbii qazın dəyərinin tam həcmdə ödənilməsini
təşkil etmək məqsədi ilə sayğaclaşma işləri əsasən təmin edilmişdir.
Bununla yanaşı qeyd olunmalıdır ki, təbii qaz istehlakçıları üzrə
sayğacların quraşdırılmasınadək olan dövrdə istehlakçılar və xüsusilə
əhali tərəfindən istifadə edilmiş təbii qazın dəyərinin tam
ödənilməməsi illər üzrə borcların yığılmasına səbəb olmuşdur. Təbii
qazın istifadəsinə görə iri miqdarda borclar əhalinin təbii qazla
müntəzəm təmin edilməsin
...
Ardını oxu »