Bəli, Qurban Qurbanovun bir məşqçi kimi Azərbaycan futboluna xidmətləri hələ o anlama gəlməməlidir ki, onun toxunulmazlıq hüququ var.
Bəli, onun da fərqindəyik ki, bu dünyada Qurban Qurbanov da daxil olmaqla heç bir məşqçi ideal deyil: onun fəaliyyətini azarkeşin də, medianın da tənqid etməsi normaldır.
Bir azarkeşin bir məşqçi, klub idarəçiləri barəsində istefa çağırışı etməsi də normaldır.
Amma bir azarkeşin 3 oyundakı uğursuz nəticəyə görə məşqçini istefaya səsləməsi çox anormaldır.
Mən Qurban Qurbanovun «Qarabağ»ın timsalında Azərbaycan futbolu üçün etdiklərini sadalamaq fikrindən tamamilə uzağam. Onsuz da hamı ən yaxın tariximizdə olanları çox yaxşı bilir. Onu da bilir və inanır ki, Allahın köməkliyi ilə Avropa yarışlarında qrup qapısını döyüb ora daxil olan ilk azərbaycanlı məşqçi də məhz Qurban Qurbanov o
...
Ardını oxu »