Cümə Axşamı, 28 November 2024, 18:02                                                                                       
RI©COMP Computer World
Welcome Qonaq | RSS
Main Registration Login
SAYT MENYUSU

MINI ÇAT
200

SORĞU
Avroliqada hansı klub uğurlu nəticə əldə edəcək?
Bütün Cavablar: 98

STATİSTİKA

Xətdə Olanlar: 4
Qonaq: 4
İstifadəçi: 0




1-CI.BIZ Reytinq Sistemi


23/10/2009-dan bəri free counters



counter



FaceBook
Rovshan Sadıgov | Create Your Badge

Main » 2009 » Noyabr » 23 » QURBAN BAYRAMİNİZ MÜBARƏK!!!
03:43
QURBAN BAYRAMİNİZ MÜBARƏK!!!
27 NOYABR 2009
MÜQƏDDƏS QURBAN BAYRAMINIZ MÜBARƏK OLSUN!!!
AMİN!!!


Ayların on ikincisi və hörmətli aylardan, "əşhurul-hurumun" ikincisi Zilhiccədir. Qaynaqlardan məlum olduğu kimi Qurban bayramı da daxil olmaqla Zilhiccə ayı, mübarək ayların ən mühümləri arasında yer almaqdadır. Əshabələrdən İbn Abbas (r.a.) Peyğəmbərdən (s) bu ayla bağlı aşağıdakı hədisi nəql etmişdir: Peyğəmbər (s) "Zilhiccənin ilk on günündə edilən ibadətlər digər aylarda edilən yaxşı əməllərdən, Allah nəzdində daha məqbuldur" buyurunca orada olanlar "Ya Peyğəmbər (s), Zülhiccədə edilən ibadət Allah yolunda edilən cihaddan da daha sevimlimidir"? deyə soruşdular. Peyğəmbər (s) "bəli, cihad da. Yalnız malını, canını təhlükəyə qoyaraq cihada çıxıb dönməyən (şəhid olan) kimsənin cihadı bundan daha fəzilətlidir" buyurdu. (Təcrid, III, 188)

Zilhiccənin səkkizinci gününə "tərviyyə günü”, doqquzuncu gününə "Ərəfə günü” Qurban bayramı gününə ( onuncu gününə) "Nəhr günü” ondan sonrakı üç günə də "Təşriq günləri deyilmişdir. Ərəfə günü burada Qurban bayramından bir öncəki gün mənasında deyil, Ərəfada vəqfa gününü nəzərdə tutan bir anlama gəlir.

Həcc surəsinin 28-ci ayəsində keçən Əyyamr-malumat: Müəyyən günlər ilə Bəqərə surəsinin 203-cü ayəsində keçən Əyyamı-madudat: "Sayılan günlər” İbn Abbas (r) tərəfindən "Zilhiccənin ilk on günü və təşriq günləri deyə təfsir edilmişdir. "Əyyamı malumat”ın tərviyyə və Ərəfa günü, Əyyamı madudatın təşriq günləri olduğuna dair rəvayət də vardır.

Bu günlər üçün xoş görülmüş bir ibadər vardır ki, buna "təşriq təkbirləri” deyilməkdədir. Allahu əkbər, Allahu Əkbər, lə iləhə illallahu vallahu əkbər Allahu əkbər vəlillahul-hamd şəklindəki təkbirləri Ərəfə günü sabah namazından bayram günü əsr namazına qədər namazların fərzlərindən sonra söylənilir.

Zilhiccənin ilk yarısındakı günlər, Uca Allah qatında dəyərli günlər arasındadır. Hətta "Cümə həftənin, Zilhiccənin ilk onu isə ilin mübarək günləridir" deyilmişdir. Buna görə Zilhiccənin ilk onuna təsadüf edən cümə hər iki fəziləti də toplayacağı üçün ilin ən mübarək günlərindən biri sayılmışdır.

Peyğəmbər (s) və səhabələri bir çox fəzilətin bir arada toplandığı Zilhiccənin ilk yarısını, zikrlə, ibadətlə keçirər, yoxsullara kömək edərdilər. Dolayısı ilə onları örnək alaraq müsəlmanların o günlərdə ibadətlərinə diqqət etmələri, dualarını artırmaları, xeyir işlər çox görmələri, günahları üçün tövbə etmələri çox gözəl olardı. Bunu da xatırlamaq lazımdır ki, Zilhiccə ayının içində Həc və Qurban ibadəti vardır.

Qurban bayramı niyə keçirilir?


"Qurban” kəlməsinin lügəti mənası "Allaha yaxınlıq etmək üçün vəsilə olan” deməkdir. Dini termin olaraq isə qurban " ibadət məqsədi ilə müəyyən bir vaxtda müəyyən şərtləri olan heyvanı qaydalara görə kəsmək və ya bu şəkildə kəsilən heyvan” deməkdir.
İslamda qurbanın dini hökmü ilə əlaqədar olaraq Quranda və Hz. Mühəmmədin(s) hədislərində bəyanlar vardır. Məsəslən, Qurani Kərimin əl- Kövsər surəsinin 2-ci ayəsində açıq şəkildə buyurulur ki, "Rəbbin üçün namaz qıl, qurban kəs”. Həzrəti Peybəmdərin (s) hədislərində də qurban kəsmənin vacibliyi vurğulanır:"Kim imkanı olduğu halda qurban kəsməzsə, bizim məscidimizə yaxınlaşmasın”(hədis,İbn Mace,”ədahi”,2).

Kimlər qurban kəsməlidir?


Qurban kəsən şəxsdə də dört şərt olmalıdır:
1. Müsəlman olmaq
Qurban kəsmək istəyən hər bir kimsənin islamın digər ibadətlərində olduğu kimi müsəlman olması lazımdır. Qeyri müsəlmanların qurban kəsməsi vacib deyil.
2. Ağıllı və həddi buluğ yaşında olmaq.
Ağıl xəstəsi və uşaqların dini və hüquqi cavabdehliyi olmadığı üçün qurban kəsmələri vacib deyil.
3. Səfərdə olmamaq.
Səfərdə olan müsəlman qurban kəsmək məcburiyyətində deyil. Amma istərsə, maddi vəziyyəti buna imkan verirsə kəsə bilər.
4. Müəyyən miqdar bir mala sahib olmaq.
Müsəlman borcları və ehtiyaclarından başqa 20 misqal(85 qr) qızıla və ya buna bərabər olan pula və ya mala sahib olarsa, dinimizə görə zəngin sayılır. Bu miqdar mala sahib olan müsəlman qurban kəsməlidir.

Hansı heyvanlar qurban kimi kəsilə bilər?


Qurbanlıq heyvanla və onun kəsilməsi ilə əlaqədar bəzi şərtlər vardır:
1. Dinimizə görə qurbanlıq heyvan növləri bunlardır:
qoyun, keçi, inək və camış və dəvə.
Ancaq bu heyvanlardan qurban kəsilə bilər. Toyuq, xoruz, ördək, qaz, dəvə quşu, ceyran kimi heyvanlardan qurban kəsmək olmaz. Qurbanlıq heyvanın erkək və ya dişi olmasının fərqi yoxdur, lakin qoyunun erkəyinin, digərlərinin isə dişisinin kəsilməsi daha üstündür.
Qoyun və keçini ancaq bir nəfər, dəvə, inək və camış cinsindən olan heyvanı isə ən çox yeddi nəfər birləşib qurban olaraq kəsə bilər.
2. Qoyun və keçi cinsindən olan heyvanlar bir yaşında qurban kəsilə bilərlər. Amma fəqihlərin bir çoxunun fikrinə görə, qoyun alti ayliq olub bir yaşındaki qoyuna bənzər olduqda qurban olaraq kəsilə bilər.
İnək və camış cinsindən olan heyvanlar iki yaşını, dəvə isə beş yaşını tamamladıqdan sonra qurban olaraq kəsilə bilər.
3. Kəsiləcək heyvanın sağlam və bütün üzvləri yerində olmalıdır. Xəstə, zəif, gözü kor, qulaqları və buynuzları kökündən kəsilmiş, dili kəsik, dişləri tökülmüş və s. heyvanlardan qurban kəsilməz. Ancaq heyvanın doğuşdan topal, buynuzsuz, bir qulağı yırtılmış və s. olması qurban olaraq kəsilməsinə maneə deyil.
4. Qurbanın səhih( doğru) olması üçün heyvanı ancaq təyin olunmuş günlərdə kəsmək lazımdır. Qurban, qurban bayramının ilk üç günündə, yəni zilhiccənin 10, 11, 12 günlərində, bayram namazından sonra, bayramın 3-cü gününün axşamına qədər kəsilə bilər. Bəzi fəqihlərə görə bu müddət bayramın 4 gününün axşamına qədərdir. Bayram namazı qılınmayan yerlərdə isə qurban sabah namazı vaxtından etibarən kəsilə bilər. Qurbanın bayramın 1-ci günü kəsilməsi daha fəzilətli sayılır. Qurbanların gündüz kəsilməsi daha üstündür, amma təhlükə yaradan bir maneə olmadıqda gecə də kəsilə bilər.
5. Qurban ibadət niyyəti ilə kəsilməsi şərtdir. Quranda kəsilən heyvanların ət və qanları deyil, kəsən müsəlmanın niyyət, təqvasının Allaha çatacagı bildirilir(əl-Həc 37).
Qurbanlıq niyyəti ilə alınan heyvan ölərsə, imkanı olan təkrar heyvan ala bilər. İmkanı olmayanın alması şərt deyildir.

Qurbanı necə kəsmək lazımdır?


Qurbanlıq heyvanın kəsilməsində bəzi qaydalara riayət etmək lazımdır. Heyvan kəsiləcək yerə incidilmədən götürülür, kəsiləcək zaman da qıbləyə qarşı və sol tərəfi üzərində yatırılır. Əlindən gəldiyi qədər hər bir mükəlləfin qurbanını özü kəsməlidir. Amma bacarmadığı halda başqasına vəkalət verib kəsdirə bilər. Qurban sahibinin kəsmə zamanı orada olması müstəhəbdır. Heyvan yerə yatırılarkən Qurani-Kərimdən "Üzümü göyləri və yeri yaradan Allaha, Onun birliyinə inanaraq cevirdim. Mən müşriklərdən deyiləm”(əl-Ənam 79), "Mənim namazım, ibadətim, həyatım və ölümüm Aləmlərin Rəbbi olan Allah üçündür. Onun ortagı yoxdur. Mənə belə əmr olundu və mən Allaha təslim olanların ilkiyəm”(əl-Ənam,162-163) ayələri oxunulur. "Ey Allahım, dostun İbrahimdən və həbibin Mühəmməd (s)dən qəbul etdiyin kimi, məndən də qəbul buyur” şəklində dua edilərək təkbir gətirilir.
Qurbanı kəsən şəxs heyvana əziyyət etməməli, bıçagı heyvana göstərməməlidir. Sağ əlində tutduğu bıçaqla heyvanı kəsərkən "Bismilləhi Allahu Əkbər” deməlidir. Qurbanı vəkil kəsdiyi halda qurbanın sahibi də "bismilləh”də iştirak etməlidir. Qoyun, keçi və inək və camış cinsindən olan heyvanlar yatırılıb çənələrinin altından, dəvə isə ayaq üstə sol ön ayağı bağlanaraq göksünün üzərindən kəsilir. Heyvanın boğazının iki tərəfindəki şah damarları, yem və yemək borusu kəsilməli və heyvanın qanı axıdılmalıdır.

Qurbanlıq heyvanın əti necə bölüşdürülməlidir?


Qurbanı kəsdirən kimsə ətin bir hissəsini yeyib və yedizdirə bildiyi kimi digər hissini də paylaya bilər. Bu haqda islam alimlərinin belə bir tövsiyəsi vardır: qurbanlıq ət üç yerə bölünməli, bir hissəsi qurban sahibinə və onun baxmaqla cavabdeh olduğu kimsələrə, ikinci hissəsi dost və qohumlara, üçüncü hissəsi isə qurban kəsməyən kasıblara paylanmalıdır. Amma əgər qurban sahibinin ailə üzvlərinin sayı çoxdurdursa ətin hamısı paylanmadan ailədə qala bilər. Qurbanlıq ətin dəqiq olaraq paylanmasının bir ölçüsü olmadığı üçün qurban sahibi imkan və vəziyyətini nəzərə alaraq ibadət düşüncəsi ilə hərəkət etməlidir.
Qurban Allah rızasını qazanmaq üçün kəsildiyindən qurbanın ətinin və ya digər parçalarının satılması caiz deyildir. Əgər qurban qəssabda kəsilmişsə, qəssabın pulu nə qurbanın əti, nə də dərisi ilə ödənilməz. Qurbanlıq heyvanı kəsmədən əvvəl sütündən və yunundan istifadə etmək tövsiyyə edilmir. Əgər istifadə edilmişsə, onun yerinə miqdarının dəyəri qədər sədəqə verilməlidir. Qurbanlıq qoyun və ya keçinin yunu kəsildikdən sonra qırxılıb evdə istifadə edilə bilər, lakin yunun satılması qadağandır.
Qurban əti kəsildiyi məkandan uzaqlarda, daha çox ehtiyac sahibləri olan yerlərdə paylanmaq üçün də göndərilə bilər.
Heyvanların kəsilmə işləri qurtardıqdan sonra ətraf təmizlənməli, atılan parçalar dərin bir quyu qazılaraq basdırılmalıdır.

Daha hansı qurban növləri var?


Qurban bayramında kəsilən qurbanlardan başqa yenə də ibadət niyyəti ilə kəsilən başqa qurban növləri də vardır. Bunlardan biri nəzir qurbanıdır. Nəzir qurbanını kəsən kimsə və onun ailə üzvləri qurbanlıq ətdən yeyə bilməz. Əgər yesələr bu halda yedikləri ətin miqdarına uyğun olan pulu sədəqə olaraq verməlidirlər.
Uşagın doğulması səbəbi ilə Allaha şükür nişanəsi olaraq kəsilən qurbana əqiqə qurbanı deyilir. Əqiqə yeni doğulan uşağın başındakı sacın adıdır. Bu qurbanı uşağın doğulduğu gündən buluğ yaşına qədər kəsilə bilər. Amma doğumun yeddici günü kəsilməsi müstəhəbdır. Həmin gündə uşağa ad verilməsi və saçından kəsilərək ağırlığı qədərində gümüş və ya qızılın qiymətində sədəqə verilməsi tövsiyyə edilmişdir. Kəsilən qurban ətindən qurban sahibi, ailə üzvləri, yaxın dostları da yeyə bilər. Hz. Mühəmməd nəvəri Hz. Həsən və Huseyn üçün əqiqə qurbanı kəsmiş və yeni doğulan istər oğlan istərsə də qız olsun hər bir uşağ üçün əqiqə qurbanı kəsməyə tövsiyyə etmişdir.
Bundan başqa həcc zamanı zəvvarların bəzi qaydalara riayət etmədikləri halda cəza və kəfarət olaraq kəsilən qurbanlar da vardır.
Qurban üçün əlverişli olan şərtlər və hər bir heyvan nəzir, əqiqə qurbanı və cəza qurbanları üçün də əlverişlidir.
Views: 1521 | Added by: riocomp | Rating: 0.0/0
Total comments: 1
23 November 2009
1. Admin (riocomp) [Daxil ol ]
BÜTÜN AZƏRİLƏRİN VƏ MÜSLÜMAN DÜNYASININ MÜQƏDDƏS QURBAN BAYRAMINI TƏBRİK EDİRƏM!!!!

Only registered users can add comments.
[ Registration | Login ]
CARİ VAXT



DAXİL OL

AXTAR

REKLAMLAR









DOSTLAR
  • Create your own site
  • www.4yu.at.ua
  • www.pshop.ucoz.net
  • www.endir.az/
  • Live scores
  • www.qovluq.com
  • www.qovluq.biz

  • ƏN SON ŞƏRHLƏR
    Salamun aleykum, men her sheyi basha dushdum amma istfadeden qabaq niye siqareti atmaq lazim oldugunu basha dushmedim. bunun haqqinda ne melumat vere bilersiz? evvelceden teshekkurumu bildiridem.


    Salam aleykum.Mende Qara zirenin en keyfiyyetli novu olan Hebesistan toxumu ile soyuq sixilmish Qara zire yagi var.Bununla beraber sabunu,shampunu,toxumun ozu,kremleri ve s.var.Peygemberimiz (Sallalahu aleyhi ve sellem)buyurur:Qara zire olumden basqa her derdin dermanidir.
    Sifaris vere bilersiniz: 055 491 6121


    salam menim uzume sizanaq cixir tez tez ne elesem olmur davamli uzumde qara noqte ve yara olur,buna gore zire yagi icsem olar?komek eder?xahiw edirem cavablandirin zehmet olmasa cox sagolun


    TƏQVİM
    «  Noyabr 2009  »
    BBeÇaÇCaCŞ
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930

    ARXİV

    QISA MƏLUMAT
    Şərhlər: 262
    Şəkillər: 35
    Xəbərlər: 39
    Yükləmələr: 135
    Direktoriya: 130
    Elanlar: 6
    Oyunlar: 199
    FAQ: 4
    Qonaq Qeydləri: 11
    Testlər: 46

    VALYUTA MƏZƏNNƏSİ


    LÜĞƏT
    Lüğət
    Söz:

    Copyright RIOGROUP © 2024