Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda
mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20
Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın
təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara
havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq
buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet
ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş
faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının
azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən
övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük
itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi
Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbayc
qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can
atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu
nümayiş etdirdi. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda
olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi.
Bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq,
xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz
dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20
Yanvar faciəsini respublikamız hər il ümumxalq hüzn günü kimi geniş
qeyd edir.
Ardından rus və İngilis dillərindəki tərcüməyə də baxa bilərsiniz.