Türkiyənin Bursa şəhərində Ermənistanla Türkiyə milli futbol komandalarının
qarşılaşacağı stadiona Azərbaycan bayrağının buraxılmaması qərarından sonra
bayraqları toplayıb qutulara dolduran polislər işdən azad edilib.
APA-nın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə
görə, bu barədə bu gün keçirdiyi mətbuat konfransında Bursa valisi Şahabettin
Harput məlumat verib.
Vali bildirib ki, hadisə ilə bağlı aparılan
araşdırma başa çatıb.
Vali qeyd edib ki, hadisəninn araşdırılması zamanı
10 ölkə miqyasında yayımlanan, 3 yerli televizyasının və polisin özünün apardığı
çəkilişlərə baxılıb.
Nəticədə Azərbaycan bayraqlarının azərkeşlərdən
alınaraq əvvəlcədən hazırlanmış qutulara doldurulması zamanı işdə nöqsanlara yol
verdiyinə görə, 1 polis komandiri, iki sıravi polis nəfəri vəzifəsindən azad
edilib.
Vali onu da qeyd edib ki, araşdırmaların nəticələri,
...
Ardını oxu »