Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Microsoft
şirkəti ilə birgə elektron informasiya mərkəzinin yaradılması üzrə
layihə hazırlayır.
Rabitə və informasiya texnologiyaları naziri Əli
Abbasovun sözlərinə görə, Microsoft Orta Asiya, keçmiş SSRİ ölkələri və
Orta Şərq regionunda özünün yeni elektron informasiya mərkəzini açmağı
planlaşdırır. Bu baxımdan şirkət Aəzrbaycanla əməkdaşlıq etmək
niyyətindədir.
«Bu məsələ Azərbaycan Prezidenti ilə Davosda
keçirilən görüşdə müzakirə olundu və belə qərara gəlindi ki, bu
təşəbbüs üzərində işlənilsin, şərtlər müəyyənləşdirilsin, ekspert-işçi
qrupu yaradılsın. Layihə yaxın iki-üç il ərzində həyata keçiriləcək.
Bundan əlavə, tranzit informasiya mərkəzinin yaradılması üzrə
Azərbaycanın özünün layihəsi var. Hazırda bu layihə baxışdadır. Bu
proqram çərçivəsində “Microsoft” Azərbaycanda özünün böyük informasiya
mərk
...
Ardını oxu »